Dünən Krasnodarda səfərbərlik işləri üzrə idarə rəisinin müavini Stanislav Rjitski güllələnib.
BUTA.TV xəbər verir ki, bu haqda BAZA Teleqram kanalı məlumat yayıb.
42 yaşlı Rjitski “Olimp” idman kompleksinin yaxınlığında səhər qaçışı zamanı sinəsindən və kürəyindən güllələnib. O, yerindəcə keçinib. Sui-qəsdi törədənlər isə hadisə yerindən qaçıblar.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Stanislav Rjitski ikinci dərəcəli kapitandır. Ukrayna mediası onun ötən ilin iyulunda Vinnitsanın atəşə tutulmasında iştirak edən və Qara dənizdən “Kalibr”i buraxan “Krasnodar” sualtı qayığına komandirlik etdiyini bildirib.
Onu ukraynalı kəşfiyyatçıların “təmizlədiyi” iddia edilir.
- Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır
- Küçə ticarəti ilə məşğul olanlara şərait yaradılacaq - Tapşırıq
- Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
- Binəqədidə fasiləsiz su rejimi tətbiq olundu - Video
- Temperatur düşür: Bakıya yağış yağacaq
- İlham Əliyev Qazaxıstandadır - Fotolar
- Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı yenilik
- “Speys" radiosunun rəhbəri də işdən çıxarıldı