Türkiyə prezidenti İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya üçün ən qısa zamanda Türkiyə parlamentinə təqdim edəcəyinə söz verib.
BUTA.TV xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq Türkiyə prezidenti və İsveçin baş naziri ilə görüşündən sonra deyib.
“Prezident Ərdoğanın İsveçin NATO-ya qəbulu üçün sənədin Türkiyə Böyük Millət Məclisinə göndərilməsinə razılıq verdiyini elan etməkdən məmnunam. Bu, tarixi bir gündür”, - o bildirib.
Stoltenberqin sözlərinə görə, görüşdə terrorizmlə mübarizə və silah embarqosunun ləğvi də daxil olmaqla, əvvəllər əldə edilmiş bütün razılaşmaların necə həyata keçiriləcəyi ilə bağlı ümumi anlaşma əldə olunub.
Eyni zamanda, Stoltenberq İsveçin ratifikasiya və yekun üzvlüyünün gözlənilən tarixini Türkiyənin açıqlayacağını bildirib.
- Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır
- Küçə ticarəti ilə məşğul olanlara şərait yaradılacaq - Tapşırıq
- Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
- Binəqədidə fasiləsiz su rejimi tətbiq olundu - Video
- Temperatur düşür: Bakıya yağış yağacaq
- İlham Əliyev Qazaxıstandadır - Fotolar
- Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı yenilik
- “Speys" radiosunun rəhbəri də işdən çıxarıldı