Elm və təhsil naziri Emin Əmrullayevin bir neçə gün öncə çıxışı zamanı Azərbaycanda 25 yaşdan yuxarı şəxslərin təxminən 60 faizinin oxuduğunu başa düşmədiyi, yəni əsas məqsədin nə olduğunu anlamadığı haqqında səsləndirdiyi fikirlər cəmiyyətdə tənqidlər doğurub.
BUTA.TV xəbər verir ki, “Azərbaycan Universitetləri” səhifəsi nazirin sözügedən çıxışını yenidən paylaşıb.
Çıxışdan görünür ki, nazirin sözləri doğrudan da kontekstdən çıxarılıb. Belə ki, nazir təəssüf hissi ilə təhsil sistemində keyfiyyətə yox, kəmiyyətə əhəmiyyət verildiyinə diqqət çəkir, bu baxış bucağının və düşüncə tərzinin dəyişməli olduğunu bildirir.
- Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını döyüb
- Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat
- Yanvar-aprel aylarında pensiyalara bu qədər vəsait yönəldilib
- Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır
- Küçə ticarəti ilə məşğul olanlara şərait yaradılacaq - Tapşırıq
- Şagird sinif yoldaşlarını hər gün döyür? - Video
- Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
- Binəqədidə fasiləsiz su rejimi tətbiq olundu - Video