Türkiyə Moskva ilə münasibətləri korlamaq istəyənlərə imkan vermədi.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bayburtda çıxış edərkən deyib.
O bildirib ki, Ankara ilk gündən balanslaşdırılmış siyasətə sadiq qalıb:
“Hərbi lobbi” ölkədəki müxalifətdən istifadə edərək, bizi oda atmağa çalışdı. Biz buna imkan vermədik. Ukrayna ilə münasibətlərimizi gücləndirərək, Rusiya ilə əlaqələrimizi korlamaq istəyənlərə fürsət vermədik. Cənab Putinlə sıx dialoqu davam etdiririk”.
O əlavə edib ki, avqustda Rusiya lideri Vladimir Putinlə görüşü səbirsizliklə gözləyir:
"Dünən biz Ukrayna Prezidenti Zelenskini qəbul etdik və avqustda, inşallah, cənab Putinlə görüşəcəyik. Biz ölkəmizi il qarımdır davam edən müharibənin mənfi nəticələrindən qorumağa çalışırıq”.
- Bakıda məktəbdə şagirdlər arasında münaqişə...
- Fənn müsabiqələrində keçid balları niyə fərqlidir?
- Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını döyüb
- Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat
- Yanvar-aprel aylarında pensiyalara bu qədər vəsait yönəldilib
- Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır
- Küçə ticarəti ilə məşğul olanlara şərait yaradılacaq - Tapşırıq
- Şagird sinif yoldaşlarını hər gün döyür? - Video - Yenilənib