Elza Seyidcahanın bomba kimi gündəmə düşməsinin ardıyca ikinci partlayış türkiyəli müğənni Ebru Gündəşlə səs saldı. Sosial şəbəkələrdə və mediada yayılan məlumatlardan belə məlum oldu ki, məşhur sənətçi Azərbaycana gəlib. Şəmkirdə sünnət mərasiminə dəvət alan müğənni səhnədə canlı orkestr ilə çıxış edib, hit mahnılarını səsləndirib.
Toyda Ebru Gündeşdən başqa yerli sənətçilər də iştirak ediblər. Amma onların iştirakı Ebrununki qədər rezonans doğurmayıb.
Demokrat.az oğlunun kiçik toyuna türkiyəli müğənnini dəvət edən şəmkirli iş adamı Aydın Musayev haqqında bəzi məlumatlar əldə edib. Məlum olub ki, o, Bakıdakı "Metropark” ticarət mərkəzinin sahibidir.
A.Musayevin bundan başqa bir çox ticarət obyektləri də var. Həmçinin, Moskvada meyvə ticarəti ilə məşğuldur. Necə deyərlər, "varlığa nə darlıq”…
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto
- DİM nəticələri elan etdi: 1 nəfər maksimal bal topladı
- 19 aprel imtahanlarının nəticələri - Cəmi bir nəfər 300 bal yığdı
- Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü - Video
- “Telefonunuzu verməsəniz, silah çıxaracaqlar” - Video
- Əsgəran Silah Muzeyi yaradılır
- Hava ilə bağlı daha bir xəbərdarlıq