İran Ukrayna nümayəndəsinin iyulun 6-da BMT Təhlükəsizlik Şurasının nüvə razılaşması ilə bağlı 2231 saylı qətnamənin icrasına baxılmasına həsr olunmuş iclasına dəvət edilməsinə etiraz edib.
BUTA.TV xəbər verir ki, bu barədə İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Səid İrvaninin yaydığı bəyanatda bildirilib.
O, Təhlükəsizlik Şurasına sədrlik edən Britaniyanı tənqid edərək, bu iclasda Ukrayna nümayəndəsinin iştirakını “Təhlükəsizlik Şurasına sədrlik prosesindən və vəzifəsindən sui-istifadənin” göstəricisi kimi dəyərləndirib.
İrəvani müzakirə olunan mövzunun Ukrayna ilə heç bir əlaqəsi olmadığını deyib, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü “münaqişə” adlandıraraq İranın bu məsələdə tərəfsiz olduğu barədə iddiaları təkrar edib.
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto
- DİM nəticələri elan etdi: 1 nəfər maksimal bal topladı
- 19 aprel imtahanlarının nəticələri - Cəmi bir nəfər 300 bal yığdı
- Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü - Video
- “Telefonunuzu verməsəniz, silah çıxaracaqlar” - Video
- Əsgəran Silah Muzeyi yaradılır
- Hava ilə bağlı daha bir xəbərdarlıq