Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın xalq artisti, “M Teatr”ın rəhbəri, YUĞ Teatrının aktyoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Prezident təqaüdçüsü Vidadi Həsənovla onun 65 illik yubileyi ərəfəsində görüşüb.
Kult.az xəbər verir ki, millət vəkili tanınmış sənətçinin yaradıcılıq uğurları və yeni planları ilə tanış olub. Söhbət zamanı teatr, kino sahəsi üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Vidadi Həsənovun incəsənətimizə, özəlliklə teatra uzunmüddətli səmərəli xidmətlərini xatırladan Q.Paşayeva yubilyara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyib. Komitə sədri xalq artistinə xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib.
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto
- DİM nəticələri elan etdi: 1 nəfər maksimal bal topladı
- 19 aprel imtahanlarının nəticələri - Cəmi bir nəfər 300 bal yığdı
- Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü - Video
- “Telefonunuzu verməsəniz, silah çıxaracaqlar” - Video
- Əsgəran Silah Muzeyi yaradılır
- Hava ilə bağlı daha bir xəbərdarlıq