Ərdəbil şəhərindəki parklardan birində mollanın məcburi hicab qaydasını pozan qızı videoya çəkməsi etiraza səbəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə ərdəbilli sosial media istifadəçiləri paylaşım ediblər.
Yayılan görüntülərdə gənc qız mollanı onun şəxsi həyatına və geyiminə müdaxilə etdiyinə görə tənqid edir.
“Sənin mənim geyim tərzimə qarışmağa haqqın yoxdur, bu şəxsi seçimimdir və kimsə bu hüququ əlimdən ala bilməz. Çoxarvadlılığı təbliğ edən və qanuniləşdirənlərin insanlara əxlaq dərsi verməyə haqqı yoxdur”, - ərdəbilli qız mollaya etiraz edib.
Hadisə yerinə toplaşan gənclərin də mollaya etirazlarından sonra o parkdan qaçmağa məcbur olub.
Qeyd edək ki, son vaxtlar vətəndaşların şəxsi həyatına və geyim tərzinə müdaxilə etdikləri üçün İranda mollalara qarşı hücumların sayı artıb. Bir il ərzində onlarla molla bu səbəbdən vətəndaşlar, xüsusilə qadınlar tərəfindən döyülüb, onlardan 3-ü həyatını itirib.
- Onların imtahan nəticələri ləğv ediləcək – Qərar
- Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
- Magistral yoldakı körpü çökdü: Yolda məhdudiyyət...
- Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maksimum balı təkcə o topladı - Foto
- Bakıda 2 gün intensiv yağış yağacaq – Xəbərdarlıq
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto