Ötən gün Bakı metrosunda dava düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə görüntülər Bakı.vs-yə daxil olub.
Məlumata görə, hadisə metronun “Əhmədli” stansiyasında qeydə alınıb.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, iyulun 5-də metronun “Əhmədli” stansiyasında polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq sərnişin olan iki qadından əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər. Onlar polisin qanuni tələbinə tabe olmaq istəməyərək qışqırmaqla ictimai asayişi pozmağa cəhd ediblər:
“Daha sonra hadisə yerinə qadınların qohumları yaxınlaşaraq polisə müqavimət göstərməyə çalışıblar. İctimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan şəxslər saxlanılıblar. Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib”.
Sözügedən görüntüləri təqdim edirik:
- Onların imtahan nəticələri ləğv ediləcək – Qərar
- Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
- Magistral yoldakı körpü çökdü: Yolda məhdudiyyət...
- Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maksimum balı təkcə o topladı - Foto
- Bakıda 2 gün intensiv yağış yağacaq – Xəbərdarlıq
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto