İyunun 18-də saat 23 radələrində Biləsuvar rayonunda 8 saylı qəsəbə ərazisində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Məlumata görə, münaqişə qonşular arasında baş verib.
B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.
Əlavə məlumat veriləcək.
- Tanınmış kardioloqa yüksək vəzifə verildi
- Rayonlarda torpaq bahalaşır - Video
- Bu rayonda 3 saat işıq olmayacaq
- “Yaşıdlarım nəvə sevinci yaşayır...” - 23 il sonra gələn möcüzə-Video
- Bir ev qiymətinə kənd satın aldılar - Fotolar
- 7 metrlik qızıl heykəli ucaldıldı - Video
- Evlilik təklif edərkən vulkan püskürdü - Video
- Sabiq icra başçısı vəfat etdi