Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Göynük kəndində, yaşayış evlərindən birində baş verib.
Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Şəlalə Nəsib qızı Yusifova və onun 2 azyaşlı övladı - 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı, eyni zamanda 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
- “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
- Tanınmış kardioloqa yüksək vəzifə verildi
- Rayonlarda torpaq bahalaşır - Video
- Bu rayonda 3 saat işıq olmayacaq
- “Yaşıdlarım nəvə sevinci yaşayır...” - 23 il sonra gələn möcüzə-Video
- Bir ev qiymətinə kənd satın aldılar - Fotolar
- 7 metrlik qızıl heykəli ucaldıldı - Video
- Evlilik təklif edərkən vulkan püskürdü - Video