Azərbaycanda ötən gün axşam saatlarında Yevlax, Göyçay, Ağdaş və Goranboy rayonları ərazisində yağıntı ilə müşahidə olunan güclü külək ağacların bir neçə avtomobil yolunda aşması nəticəsində hərəkətdə yaranmış məhdudiyyətlər aradan qaldıırlıb.
Bu barədə BUTA.TV-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Bundan başqa, güclü külək M2 Bakı-Ələt- Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində yol kənarında yerləşən tikilinin dam örtüyünü uçuraraq Gəncə şəhəri istiqamətində yolun hərəkət hissəsinə salıb. Nəticədə sözügedən istiqamət üzrə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
Agentliyə məxsus 3 N-li Magistral Yolların İstismarı MMC-nin əraziyə cəlb olunmuş xüsusi texnikaları və canlı qüvvəsi qısa müddətdə dam örtüyünü yolun hərəkət hissəsindən təmizləyərək hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin edib.
- Cəbrayılın bu kəndinə növbəti köç karvanı yola salındı
- WUF13: Neçə iştirakçı qeydiyyatdan keçib?
- Bəzi yerlərə leysan yağır
- 300 bal toplasa da - Adı siyahıda yoxdur
- WUF13: FHN-də Qərargah və işçi qruplar yaradıldı
- Trampdan yeni təhdid: 2 günə məhv edə bilərik
- Kimliyiniz yeni nəsildirsə, ödənişdə problem yaşaya bilərsiniz
- Daha 139,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub