İyunun 15-i axşam saatlarından başlayan güclü leysan yağışı Quba rayonunun Bostankeş kəndində sel təhlükəsi yaradıb.
BUTA.TV xəbər verir ki, kənd sakinləri Azərtac-a bildiriblər ki, üç saatdan artıqdır yağan güclü yağış nəticəsində yaranan sel suları Xınalıq inzibati ərazi dairəsinə aid olan Bostankeş kəndinin yollarını və həyətləri basıb. Sel getdikcə gücləndiyindən kəndin aşağı hissəsində yaşayan sakinlər evlərini tərk edərək, daha yüksəkdə yerləşən təhlükəsiz əraziyə çıxıblar.
Sel suları Bostankeşdən Xınalıq kəndinə gedən yolda hərəkəti məhdudlaşdırıb. Həmin yolda avtomobildə çətin vəziyyətdə qalan Xınalıq sakinlərinin köməyinə Qubadakı 5 saylı Yol İstismarı MMC-nin ərazidə xidmətdə olan növbətçi briqadasının əməkdaşları gəliblər. Avtomobili ərazidən çıxarmaq mümkün olmasa da, vətəndaşlar Bostankeş kəndinə gətirilib.
Qeyd edək ki, 2020-ci ildə Bostankeş kəndinə gələn sel yaşayış evlərinə, fərdi təsərrüfatlara və yol infrastrukturuna ciddi ziyan vurmuşdu.
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Trampdan yeni təhdid: 2 günə məhv edə bilərik
- Kimliyiniz yeni nəsildirsə, ödənişdə problem yaşaya bilərsiniz
- Daha 139,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
- QHT-lər üçün birgə qrant müsabiqələri elan edək - Çağırış
- Kardiologiya İnstitutunda - Yeni təyinat
- Prezident sərəncamı: bu yolda fəsadlar aradan qaldırılır
- Samovar çayının qiyməti 50 manata yüksəldi - Video
- Hərbçilərimiz “düşməni” zərərsizləşdirdi - Video