Ermənistanın təxribat xarakterli addımları bölgədə sülhün bərqərar olmasına maneədir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov və Ermənistanın baş prokuroru Anna Vardapetyan arasında baş tutan üçtərəfli görüş zamanı deyib.
Onun sözlərinə görə, bu ilin aprel ayında Naxçıvanda hərbi qulluq keçən iki Azərbaycan əsgəri əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşərək Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
Kamran Əliyev bildirib ki, əsir götürülən Azərbaycan hərbçilərinə qarşı saxta sübutlarla cinayət təqibi aparılıb.
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
Baş Prokuror iyunun 15-də Ermənistanın silahlı qüvvələri tərəfindən terror-təxribat-provokasiya əməllərini növbəti dəfə davam etdirilməklə müxtəlif çaplı odlu silahlardan ölkəmizin suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən DSX-nın hərbi qulluqçularına atəşlərin açıldığını, nəticədə 1 nəfər hərbi qulluqçumuzun yaralandığını diqqətə çatdıraraq, bu kimi təxribat xarakterli addımların bölgədə sülhün bərqərar olmasına maneə olduğunu bildirib.
- Amerikalıya tar, yapona saz çalmağı öyrədirik...
- Cəbrayılın bu kəndinə növbəti köç karvanı yola salındı
- İlham Əliyev Anaklaudia Rossbaxı qəbul etdi - Fotolar
- WUF13: Neçə iştirakçı qeydiyyatdan keçib?
- Bəzi yerlərə leysan yağır
- 300 bal toplasa da - Adı siyahıda yoxdur-Yenilənib
- WUF13: FHN-də Qərargah və işçi qruplar yaradıldı
- Trampdan yeni təhdid: 2 günə məhv edə bilərik