Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə BUTA.TV-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən paytaxtın Xətai rayonu, M.Hadi küçəsi, ev 376 ünvanında fəaliyyət göstərən Yakudza MMC-yə məxsus “Yakudza” restoranında aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib.
Belə ki, müəssisədə havalandırma sistemlərinin və həşəratlara qarşı qoruyucu torların quraşdırılmadığı, xammal və inqrediyentlərin xarab olma və çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl olunmadığı, sanitar qovşağın mətbəxdə yerləşdiyi və qapısının birbaşa emal sahəsinə açıldığı müəyyən edilib.
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
Bundan başqa, müəssisədə müştərilərə təqdim olunması üçün nəzərdə tutulan, bir dəfəlik istifadə üçün qablaşdırılmış məhsulların üzərində etiket məlumatlarının göstərilmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, döşəmə, divar və tavanın asan yuyulub-təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi və digər nöqsanlar aşkar olunub.
Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, həmçinin müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
- Növbəti köç karvanı Xocalıya çatdı
- "Azərişıq" ilk dəfə bu proqramını Qəbələdə təşkil etdi - Foto
- Sabah intensiv yağış yağacaq
- Amerikalıya tar, yapona saz çalmağı öyrədirik...
- Cəbrayılın bu kəndinə növbəti köç karvanı yola salındı
- İlham Əliyev Anaklaudia Rossbaxı qəbul etdi - Fotolar
- WUF13: Neçə iştirakçı qeydiyyatdan keçib?
- Bəzi yerlərə leysan yağır