Rusiya və Azərbaycan təkcə regional deyil, həm də qlobal xarakter daşıyan layihələr həyata keçirir, əlaqələri möhkəmləndirir. Həm Moskva, həm də Bakı birqütblü dünyadan uzaqlaşma ssenarisini qabaqcadan görürdü.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı jurnalist, Fond Bazarı və İdarəetmə İnstitutunun baş iqtisadçısı Mixail Belyayev deyib.
“Bu gün iqtisadi münasibətlərin inkişafı baxımından Rusiya Qərbdən Şərqə istiqamətini dəyişir. Qərb bazarı faktiki olaraq yüksək doyma dərəcəsinə çatıb və yüksək artım templərini təmin etmir. Şərq istiqamətində isə sadəcə olaraq inkişaf imkanı var. Ona görə də Azərbaycan Rusiya üçün daha da strateji istiqamətə çevrilir. Çünki obyektiv olaraq bu gün Azərbaycan sürətlə inkişaf edən nəqliyyat-logistika qovşağı, Şərqlə Qərbin kəsişdiyi dövlət, müxtəlif nəqliyyat marşrutlarının kəsişdiyi nöqtədir. Bundan əlavə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan obyektiv və qeyd-şərtsiz olaraq təkcə regionda deyil, beynəlxalq aləmdə də öz statusunu yüksəltdi. Bakı öz inkişafını genişləndirdi və bununla da dünyanın müxtəlif yerlərində fərqli aktorlarla qarşılıqlı əlaqəyə, beynəlxalq proseslərə təsirini artırdı”, - o bildirib.
Belyayev qeyd edib ki, son illər Azərbaycan öz inkişafının yeni səviyyəsinə çatıb:
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
“Bakı imkanlarını başqaları ilə bölüşür, bununla da regional və beynəlxalq aktor statusunu daha da yüksəldir. Bu gün Azərbaycan müxtəlif qüvvələr maraqlıdır. Amma Bakı milli maraqlarını reallaşdırmaqla balansı ustalıqla qorumağı bilir. Hazırda Rusiya ilə münasibətlər qarşılıqlı hörmət əsasında qurulub. Kiçik qardaş/böyük qardaş kimi bir münasibət yoxdur. Bunlar bərabərhüquqlu tərəfdaşlardır. Rusiya üçün Azərbaycan və Ermənistan arasında nəqliyyat-iqtisadi əlaqələrin, kommunikasiyaların yaradılması vacibdir. Bütövlükdə həm Rusiya, həm Azərbaycan, həm Ermənistan, həm də Türkiyə Cənubi Qafqazın nəqliyyat blokunun açılmasında maraqlıdır”.
- Növbəti köç karvanı Xocalıya çatdı
- "Azərişıq" ilk dəfə bu proqramını Qəbələdə təşkil etdi - Foto
- Sabah intensiv yağış yağacaq
- Amerikalıya tar, yapona saz çalmağı öyrədirik...
- Cəbrayılın bu kəndinə növbəti köç karvanı yola salındı
- İlham Əliyev Anaklaudia Rossbaxı qəbul etdi - Fotolar
- WUF13: Neçə iştirakçı qeydiyyatdan keçib?
- Bəzi yerlərə leysan yağır