Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə keçirilən Aİİ konfransında ölkəsinin iqtisadi artımı ilə öyünüb.
BUTA.TV xəbər verir ki, o, 2022-ci ildə Ermənistan iqtisadiyyatında 12,6%-lik artım olduğunu bildirib və bunu “görünməmiş nailiyyət” adlandırıb.
Paşinyan 2022-ci ildə Ermənistanın Aİİ ölkələrinə ixracının 77,7% artdığını da diqqətə çatdırıb və bunun “son hədd” olmadığını vurğulayıb.
Qeyd edək ki, 2022-ci ildə Ermənistan iqtisadiyyatında qəfil və gözlənilməz sıçrayışın səbəbi Rusiyaya tətbiq edilən sanksiyalardır. Belə ki, Ermənistan Rusiyaya sanksiyaların dəlinməsində yardım edən əsas ölkədir: Qərb texnologiyası Ermənistana gətirilir və buradan Rusiyaya daha baha qiymətə satılır. Ermənistanın Aİİ ölkələrinə ixracının kəskin artmasının da səbəbi budur. Ermənistanın Rusiyaya ixracında yüksək artım göstərici ilə fərqlənən məhsullara diqqət edək: elektronika malları, xarici avtomobillərin ehtiyat hissələri, çiplər və s. Bu məhsulların Rusiyaya ixracında 10-11 dəfə artım qeydə alınıb.
Bu isə onu deməyə əsas verir ki, Ermənistanın Avropadan idxal edərək, Rusiyaya göndərdiyi “məhsullarla” Kremlin öldürücü silahlar hazırlamasına birbaşa dəstək verir.
- “Azercell”in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirdi
- Qarabağa getmək istəyənlərin nəzərinə!
- Prezident fərman imzaladı
- COP29 vaxtı restoran və gözəllik salonları bağlanacaq? - Rəsmi
- Taleh Qaraşovu öldürmək istəyən şəxs ifadədən imtina etdi
- Toy karvanında avtoşluq edib, yayanlar 500 manat cərimələndi
- Ölkədə bu hadisələr 80% azalıb – Hərbi prokuror
- Heydər Əliyev prospektindəki zəncirvari qəzanın - Videosu