Türkiyəli TIR sürücüsü Ermənistanda, İrəvanın Azadlıq küçəsində ("Agora" Ticarət Mərkəzinin yaxınlığında) bir erməni sürücünün ona necə mane olmasını əks etdirən görüntülər paylaşıb.
BUTA.TV xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda türk sürücünün qarşısını kəsən, müxtəlif üsullarla ona maneə yaradan erməni maşının hərəkətləri əks olunub.
Türk sürücü Ermənistanda hər an təhdidlərlə üz-üzə olduqlarını videoda da qeyd edir və bildirir ki, bütün bunlar TIR-ın arxasında Türkiyə bayrağının olmasına görədir.
Qeyd edək ki, çox olduqları yerdə təklənən şirə hücum etmək yalnız çaqqal düşüncə tərzinə xasdır.
- Nikah öncəsi yoxlanan onlarla cütlükdə xəstəlik aşkarlandı
- Prezident Azərbaycan xalqını təbrik etdi
- Azərbaycana yaz fəsli daxil oldu
- Mehriban Əliyevadan Novruz paylaşımı...
- "Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
- Borclu kimi axtarışda olan 179 nəfər saxlanıldı - Rəsmi
- Bu ərazilərdə nəzarət daha da artırıldı - DİN
- Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Diqqət!