Son sutkada neçə nəfər koronaya yoluxub?

16:42 - 26 May 2023 - GÜNDƏM

 Son sutkada neçə nəfər koronaya yoluxub?

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, son sutkada infeksiyaya 14 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 11 nəfər sağalıb, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 803 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 442 nəfər müalicə olunaraq sağalıb, hazırda 88 aktiv xəstə var. Bu günə qədər 10 273 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 659, bu günə qədər isə ümumilikdə 7 616 735 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 179 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 964 723 olub.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol