Rusiya Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin Baş Prokurorluğa müğənni Alla Puqaçovanın Ukrayna ordusuna ianə etməsi məlumatının yoxlanılması ilə bağlı müraciət göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Müraciətdə Borodin bildirib ki, müğənni İsraildə yaşayarkən Rusiyanın hərbi əməliyyatını tənqid edib:
“Sənətçi Rusiyanı tərk edən, xüsusi hərbi əməliyyata qarşı çıxan və Ukraynaya maliyyə yardımı göstərən mədəniyyət və incəsənət xadimlərini dəstəkləyir”.
Qeyd olunur ki, Rusiyanın İstintaq Komitəsinə Puqaçovanın qızı, müğənni Kristina Orbakayte və onun böyük oğlu Nikita Presnyakovun Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımına görə yoxlanılması barədə sorğu da daxil olub.
- Toya hazırlaşanların diqqətinə - Video
- Bu yolda hərəkət bərpa olundu - AAYDA
- Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd – Vəliyev
- Teleqram iki gündə 150 mindən çox kanalı blokladı
- Şəmkirdə oğul anasını öldürüb, özünü yandırdı
- FHN 454 nəfəri təxliyə etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Daşkəsəndə avtomobil yolu çökdü