Bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır.
BUTA.TV xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən söyləyib.
Ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulduğunu qeyd edən dövlətimizin başçısı deyib:
“Yəni, siz mənim nümayəndəm kimi və bütün vətəndaşlar bilməlidirlər ki, burada qayda-qanun var, özbaşına heç kim heç bir iş görə bilməz. Qaydalar nədir, qanunlar nədir, hər kəs ona əməl etməlidir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır”.
- FHN 454 nəfəri təxliyə etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Daşkəsəndə avtomobil yolu çökdü
- Qazaxda 18 yaşlı qız dəm qazından öldü
- Yol polisi rayonlardan qayıdanlara müraciət etdi
- Beş gün ardıcıl iş olmayacaq
- Nazir müavini Balayevin vəfat etdiyi xəstəxanada - Foto
- Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov