Avropada yaşayan ermənilər AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveç və Azərbaycan milli komandaları arasındakı qarşılaşmada təxribatlar törətməyə hazırlaşır.
Bu barədə İsveç mətbuatı xəbər yayıb.
Məlumatda qeyd olunur ki, “Artsax Azadlıq Təşkilatı” adlı qondarma birliyi idarə edən şəxslər “Facebook” və digər sosial şəbəkə platformaları üzərindən çağırışlar edirlər.
“Biz ən azı 100 nəfər olmalıyıq” şüarı ilə paylaşılan postlarda qeyd olunur ki, məqsəd oyundan əvvəl və matç zamanı stadionda siyasi etirazlar təşkil etmək, Azərbaycana qarşı müxtəlif siyasi şüarlar səsləndirmək olacaq.
Xatırladaq ki, futbol üzrə İsveç və Azərbaycan milli komandaları arasında görüş martın 27-də “Friends Arena”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
- Azərbaycanda bu idarələr ləğv olunur
- Mövlam Şıxəliyevin pensiyası da kəsildi
- Sabahdan 11 günlük bayram tətili başlayır
- Onların maaşına əlavələr ləğv edildi, baza hissəsi artırıldı
- Bu kredit “gəl-gəl” deyir! – "Expressbank"dan təklif
- Nə Keçəl üçün müraciət var, nə də Kosa...
- QMİ Ramazan bayramı ilə bağlı fitva verdi
- “Azercell” 3 saylı Uşaq evini ziyarət etdi