Biz məsələni diqqətlə izləyirik. Müxtəlif təmaslar, o cümlədən Türkiyənin daxilindəki strukturlar arasında aparılır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qara dənizdə ABŞ PUA-sının Su-27 qırıcısı ilə toqquşması insidentini şərh edərkən deyib.
"Biz ABŞ-dan olan tərəfdaşlarla ağlabatan və məntiqli həll yolu tapmağa çalışırıq. Vəziyyətdən sülh yolu ilə çıxışın tərəfdarıyıq", - Akar bildirib.
Ankaranın ABŞ-ın hərbi gəmilərinin Qara dənizə keçməsinə icazə verib-verməyəcəyi ilə bağlı sualı Akar belə cavablandırıb:
"Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi Prezident Administrasiyası ilə də əlaqə saxlayaraq sıx təmasda işləməyə davam edir. Bundan sonrakı addımlar yaxın vaxtlarda bəlli olacaq".
Qeyd edək ki, dünən Rusiyaya məxsus Su-27 qırıcısının Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz uçuş apartına çırpıldığı bildirilir. Nəticədə PUA dənizə düşüb.
- Ordumuz soyqırımı qurbanlarının qisasını aldı...
- Bayram günlərində hadisələr zamanı 13 nəfər ölüb - FHN
- İsmayıllıda ağır qəza: 2 ölü, 3 yaralı
- Azərbaycan Ordusunun yeni hərbi obyektləri... - Foto
- Bəzi yerlərə qar yağır
- Daha bir rayonda kütləvi ixtisar: 46 nəfər işsiz qaldı
- Prezident Soyqırım Günü ilə bağlı paylaşım etdi
- Mehriban Əliyeva Soyqırım Günü ilə bağlı paylaşım etdi