Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Ya qalib, ya qazi, ya da şəhid olmalıyıq" - Şəhid polkovnik Babək Səmidli - VİDEO

Ölkə
"Ya qalib, ya qazi, ya da şəhid olmalıyıq"     - Şəhid polkovnik Babək Səmidli - VİDEO

Azərbaycan əsgəri bir daha səngərdən üzüyuxarı baxmamalıdır. Azərbaycan əsgəri daim dağın üstündə, zirvələrdə oturmalıdır.


Buta.ws Trend-ə istinadən bildirir ki, bunu noyabrın 23-də işğaldan azad olunan Suqovuşan qəsəbəsində minaya düşərək həlak olan polkovnik Babək Səmidli ölümündən əvvəl döyüş qabağı əsgərləri qarşısında çıxış edərkən deyib.


Şəhid polkovnik bildirib ki, Azərbaycan əsgəri canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edib: "30 ildir biz o utancı yaşayırdıq. Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun - ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz".


Şəhid polkovnik bildirib ki, Azərbaycan əhalisi əsgərinə və ordusuna güvənir: "Mən şəxsən qadın tanıyıram ki, cehizlik yorğan və adyalını əsgər üçün göndərib. Belə bir xalqın üzünə necə baxa bilərik? Odur ki, bizə dəmir nizam-intizam, komandirlərin tapşırıqlarını yerinə yetirmək və təlim-məşqlərə yüksək səviyyədə hazırlaşmaq qalır. Hücum tapşırığı gələn kimi Azərbaycan əsgəri şığıyaraq qalan düşməni də məhv etməlidir. O müqəddəs torpaqlarda donuzlar gəzməli deyil, Azərbaycan vətəndaşları yaşamalı, dağıdılmış məscidlərdən azan səsi yüksəlməlidir. Bizim qarşımızda başqa heç bir məqsəd qoyulmayıb. Rayonlarımız işğaldan azad edilib, çox az sayda şəhid vermişik. Lazım olsa yenə şəhid verməliyik. Heç kim başqa nəsə düşünməməlidir".

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla