Türkiyənin “Azinfo Dış Ticaret Anonim Şirkəti"nin Azərbaycandakı filialının qanuni təmsilçisi Pərviz Əlimurtuza oğlu Əliniyazadə maliyyə fırıldaqçılığına görə işdən azad edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə şirkətin tərəfdaşlarına müraciətində bildirilir.
“Azinfo Dış Ticaret Anonim Şirkəti" araşdırmalar sona çatana qədər şirkətlə müqavilə əsasında, yaxud hər hansı bir formada iş birliyi quran təşkilat və şirkət rəhbərlərindən bunu nəzərə almağı xahiş edib.
Xatırladaq ki, sözügedən şirkət Azərbaycan bazarına 2016-cı ildə daxil olub. Hazırda onun qanuni təmsilçisi Türkiyə vətəndaşı Əşrəf Hakan Öztanlılardır.
- Sabah hava necə olacaq?
- Kahı yükünün içərisindən külli miqdarda marixuana çıxdı
- Sulutəpə su altında qaldı - Video
- ADSEA-da Operativ Qərargah gücləndirilmiş iş rejimində - Video
- Dağıstanda 60 min insan işıqsız qaldı - Video
- Yol polisi sürücülərə müraciət etdi
- Şamaxıda güclü yağış hərəkətə çətinliklər yaratdı - Foto
- Quba-Xınalıq yolu bağlandı