Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bakıda yaşayan erməni qadın: "Paşinyan ermənilərə böyük zərbə vurub" - VİDEO

Ölkə
Bakıda yaşayan erməni qadın:     "Paşinyan ermənilərə böyük zərbə vurub" - VİDEO

57 ildir ki, Bakıda yaşayır. Burda məktəbə gedib, təhsil alıb, hətta Bakıdakı dövlət müəssisələrindən birində çalışıb.

 

Buta.ws Xəzər TV-yə istinadən xəbər verir ki, Nelli Petrosyanın atası erməni, anası isə rusdur. Amma o, özünü əsla erməni hesab etmir. Çünki illərdir, yaşadığı Azərbaycanı özünə vətən seçib.

 

Qadının sözlərinə görə, erməni olduğunu oxuduğu məktəbdə, işlədiyi müəssisəsədə, hətta yaşadığı binada qonşuları bilsələr də, heç vaxt ona yad münasibət bəslənilməyib.

 

Nelli Petrosyanı ən çox üzən isə hazırda döyüş bölgəsində baş verənlərdir. Onun sözlərinə görə, xüsusilə də Gəncədəki terror hadisəsi onu dərindən sarsıdıb. Bir ana olaraq orda baş verənləri vandalizm adlandırır: "Gəncədəki terror sadəcə insanlığa sığmayan bir əməl yox, bütün dünyada qəbuledilməz bir hadisədir".

 

Erməni qadın bildirib ki, Paşinyanın siyasəti ermənilərə böyük zərbələr vurub və vurmağa da davam edir: "O, sadəcə olaraq öz maraqlarını güdür. Vətəndaşını fikirləşən bir siyasətçi başqa ölkənin vətəndaşına o vəhşilikləri törədə bilməz".

 

Nelli Petrosyan həmçinin əlavə edib ki, ermənilər öz uşaqlarını vəhşilik və yalan dolu tarixi məlumatlarla böyüdürlər.

 

Bu isə gələcək bir nəsli boş bir xülyalar içində böyütməkdən başqa bir işə yaramır. Bu müharibədə isə onun olmasını istədiyi tək bir şey var: haqlı tərəf haqqını alsın. Necə ki, 30 ilə yaxındır Azərbaycan haqqını tələb edir. Bu gün isə o gündür. Ermənilər isə haqsız olaraq hərb meydanında necə uduzurlarsa, elə də uduzmağa davam edəcəklər.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla