Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq Sərəncamı var. Sərəncamdan irəli gələn bəzi işlər həyata keçirilib. Qoruğun xəritəsi hazırlanıb, ərazidə inventarlaşma işlərinə start verilib. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə birgə əraziyə bir neçə dəfə səfər edilib. ANAMA mütəxəssisləri tərəfindən ərazilər təmizləndikcə mütəmadi olaraq həmin işlər həyata keçirilir. 22 hektar təmizlənmiş ərazidə fototələlər də quraşdırılıb ki, orada hansı heyvanların mövcud olduğu öyrənilsin. Gələcəkdə reintroduksiya tədbirlərində həmin informasiyalardan istifadə olunacaq. Onu da qeyd edim ki, bir neçə fauna növü fototələlərə düşüb.
BUTA.TV xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
“Çox təəssüf ki, 107 hektar əraziyə malik olan qoruğun 42 hektarı işğal dövründə məhv edilib. Bəsitçay Dövlət Təbiət Qoruğunun unikallığı ondan ibarətdir ki, şərq çinarının təbii mühitdə yayıldığı yeganə ərazidir. Avropada yeganə ərazi olduğundan bizim üçün çox qiymətlidir. Ərazidə işlər davam etdirilir və onun bərpası istiqamətində sanitar-mühafizə zonasında şərq çinarı toxumlarının əkilməsi, digər əməli işlərin həyata keçirilməsi davam etdiriləcək”, - deyə F.Əliyev fikirlərinə yekun vurub.
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb