Bəkir Orucovun cinayət işi məhkəməyə göndərildi

15:52 - 21 Fevral 2023 - GÜNDƏM

 Bəkir Orucovun cinayət işi məhkəməyə göndərildi

“Tərtər işi” ində təqsirləndirilərək həbs edilən general-mayor Bəkir Orucovun barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

BUTA.TV xəbər verir ki, cinayət işinin materialları baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə cinayət əməlində şübhəli bilinən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov ötən il həbs olunub.

B.Orucova qarşı Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol