Hataydakı FHN xilasedicilər ilə bağlı açıqlama

22:50 - 20 Fevral 2023 - GÜNDƏM

 Hataydakı FHN xilasedicilər ilə bağlı açıqlama

Hatayda zəlzələ nəticəsində Fövqəladə Hallar Nazirliyinin xilasedicələri arasında xəsarət alan yoxdur.

BUTA.TV Report-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib.

"Bildiyiniz kimi, bir necə dəqiqə əvvəl Türkiyənin Hatay şəhərində güclü zəlzələ baş verdi. Zəlzələ nəticəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin arasında xəsarət alan olmayıb. Hazırda qüvvələrimiz tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir", - FHN rəsmisi vurğulayıb.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol