Makronun reytinqi sürətlə geriləyir

20:52 - 19 Fevral 2023 - SİYASƏT

 Makronun reytinqi sürətlə geriləyir

Fransada pensiya islahatı ilə bağlı yaranmış vəziyyət gərgin olmaqda qalır, eləcə də Prezidentin reytinqi aşağı düşməkdə davam edir.

BUTA.TV xəbər verir ki, İFOP şirkətinin apardığı sosial sorğunun nəticələrinə görə E.Makronun fevral ayında reytinqi geriləyərək (6 pillə) ən aşağı səviyyəyə çatıb. Sorğuda iştirak edənlərin yalnız 32 faizi fransız dövlət başçısının fəaliyyətindən razılıq ifadə edib. Digərləri Makronun siyasətinə etibar etmədiklərini bildirib, onun fəaliyyətindən narazılıqlarını dilə gətiriblər.

Makronun reytinqi daha çox öz seçiciləri arasında aşağı düşüb.

Fransanın Baş nazirinin də reytinqi 3 pillə geriləyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol