Çeçenistan lideri Ramzan Kadırov “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Rusiya Müdafiə Nazirliyinə qarşı yeni informasiya kampaniyasına qoşulmaq təklifini rədd edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Kadırov Priqojinin təklifini qəbul etməyib, çünki o, “Vaqner” rəhbərinin zəifləyən nüfuzunu bərpa edə biləcəyinə şübhə edir. Fevralın 17-də Kadırov deyib ki, çeçen birləşmələri Rusiya Prezidenti Vladimir Putinin təyin etdiyi istənilən komandirin əmrini yerinə yetirəcək və çeçen zabitlərinin də Rusiya Müdafiə Nazirliyi ilə əla, yaxşı əlaqələri var. Kadırovun Rusiya MN-in fəaliyyətini təsdiqləməsi Priqojinin fevralın 16-da “Axmat” xüsusi təyinatlı dəstəsinin yaralanmış komandirinə yüksək səviyyədə baş çəkərək Çeçenistan rəhbərinin dəstəyini almaq cəhdindən sonra olub”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Yevgeni Priqojin dünən verdiyi açıqlamasında “Vaqner”in Müdafiə Nazirliyinə tabe olmadığını və rus ordusu ilə heç bir əlaqəsinin olmadığını demişdi.
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video