“Bu yaxınlarda Ali Məhkəmənin qərarı oldu ki, keçmiş MTN-in başkəsən generallarından birinin 30 milyon əmlakına bəraət verilsin, özünə qaytarıldı. Bu, cəmiyyətdə birmənalı qarşılanmadı”.
“BUTA” xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa deyib.
Deputat bildirib ki, qanunlar medianın belə şəxslərlə bağlı araşdırma aparmasına mane olmamalıdır: “İndi onun mənbəyi və başqa məsələlərlə bağlı araşdırma aparanda onun təqsirli olub-olmaması məsələsi gündəmə gələ bilər. Media isə bundan çəkinir. Qanunvericiliyə incə bir ifadə əlavə etməliyik ki, medianın bu hüququ məhdudlaşmasın”.
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə olunmuş əmlakları ötən ilin dekabrında geri qaytarılıb. Bazar dəyəri 30 milyon manata yaxın qiymətləndirilmiş sözügedən əmlaklar Akif Çovdarovun ailə üzvlərinə məxsusdur.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı