“Bu məsələ ilə bağlı araşdırma aparılmalıdır”

15:21 - 17 Fevral 2023 - HADİSƏ

 “Bu məsələ ilə bağlı araşdırma aparılmalıdır”

“Bu yaxınlarda Ali Məhkəmənin qərarı oldu ki, keçmiş MTN-in başkəsən generallarından birinin 30 milyon əmlakına bəraət verilsin, özünə qaytarıldı. Bu, cəmiyyətdə birmənalı qarşılanmadı”.

BUTA” xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, qanunlar medianın belə şəxslərlə bağlı araşdırma aparmasına mane olmamalıdır: “İndi onun mənbəyi və başqa məsələlərlə bağlı araşdırma aparanda onun təqsirli olub-olmaması məsələsi gündəmə gələ bilər. Media isə bundan çəkinir. Qanunvericiliyə incə bir ifadə əlavə etməliyik ki, medianın bu hüququ məhdudlaşmasın”.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə olunmuş əmlakları ötən ilin dekabrında geri qaytarılıb. Bazar dəyəri 30 milyon manata yaxın qiymətləndirilmiş sözügedən əmlaklar Akif Çovdarovun ailə üzvlərinə məxsusdur.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol