Nikolun partiyası Türkiyəyə görə parçalanır

13:40 - 17 Fevral 2023 - GÜNDƏM

 Nikolun partiyası Türkiyəyə görə parçalanır

Hakim “Mülki müqavilə” partiyasında Türkiyə ilə bağlı ciddi fikir ayrılığı yaşanır. Onların bir qismi Ankara ilə münasibətlərin normallaşmasına meyillənsə də, digərləri buna qarşı çıxırlar.

BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayır.

“Bəzilərini İrəvanın Ankara ilə ortaq dil tapa bilməsi hədsiz ruhlandırır. Onlar hesab edirlər ki, regionda uzunmüddətli sülh üçün ilk növbədə Türkiyə ilə əlaqələri normallaşdırmaq lazımdır. Paşinyan tərəfdarları Türkiyənin Azərbaycanla münasibətlərin tənzimlənməsində vasitəçi olmasına etiraz etmir. Mirzoyanın sülh müqaviləsi sənədini türklər vasitəsilə Bakıya ötürməsini, Ankaraya danışıq proseslərinə üzv kimi mandat verməsini müsbət qarşılayırlar”, - məlumatda deyilir.

Qeyd olunur ki, partiya üzvlərinin bir qisimi isə türk sevgisini yersiz hesab edir. “Mülki müqavilə” üzvləri bu barədə razılığa gələ bilmirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol