Bu, Şəriətinin fikri idi, Xomeyni bəhrələndi – Sirlər açılır

08:02 - 17 Fevral 2023 - GÜNDƏM

 Bu, Şəriətinin fikri idi, Xomeyni bəhrələndi – Sirlər açılır

“İran Hizbullah zindanında” adlı bədii-tarixi roman İslam İnqilabının bəşəriyyətə və İrana gətirdiyi fəlakətdən bəhs edir. Kitabda dini dövlət yaratmaq fikrinin Ayətullah Xomeyniyə yox, sosioloq Əli Şəriətiyə məxsus olduğu, lakin bu ideyadan Ağ Evin bəhrələnərək Xomeynini inqilabın müəllifi kimi dünyaya tanıtmasından söhbət gedir.

Bu sözləri Kult.az-a kitabın müəllifi, tanınmış yazıçı-filosof Eluca Atalı deyib.

“Xomeynidən fərqli olaraq Əli Şəriəti Qərb və Amerika ilə işbirliyinin əleyhinə idi. O, Fransada təhsil almışdı. Qərbi yaxşı tanıyırdı və İranı kapitalist dünyasının caynağına keçirməyin tərəfdarı deyildi. Bunlar barədə kitabda ətraflı bilgi almaq mümkündür”, - o bildirib.

Yazıçı kitabında Güney Azərbaycanda baş verən proseslərə toxunduğunu və günlərlə ciddi araşdırma apardığını vurğulayıb:

“Bu məsələ bizim üçün taleyüklü və milli məsələdir. Odur ki, əsərdə Güney Azərbaycan tarixinə və milli mücadiləmizə mütləq şəkildə yer verilməliydi. “İran Hizbullah zindanında” kitabını qələmə alarkən, uzun müddət məhbus həyatı yaşamış insanlarla görüşdüm. Yüzdən artıq güneyli qadın və kişi ilə həmsöhbət oldum, müsahibələr aldım”.

Qeyd edək ki, kitab “Qanun” nəşriyyatında çapdan çıxıb. Fevralın 28-də təqdimatı keçiriləcək əsər 4 cilddən ibarətdir: “İnqilabın travması”, “Üç vəd, üç tələb”, “Qanlı orkestr” və “Həyatı tabutda axtaranlar”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol