PSJ-nin hücumçusu Lionel Messinin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 3,5 milyon avro yardım etdiyi barədə xəbərlər yayılmışdı. Bu barədə Türkiyə və digər ölkələrin müxtəlif KİV-ləri məlumat yayıb. Hətta bəzi Rusiya saytları da bu xəbəri tirajladı.
BUTA.TV Aut.az-a istinadən xəbər verir ki, “Sports.ru” Lionel Messinin Türkiyədəki zəlzələ qurbanlarına ianə verməsi ilə bağlı xəbərlərin doğruluğunu araşdırıb.
Fevralın 8-də öncə Tvitterdə Messinin zəlzələ qurbanlarına ianəsi ilə bağlı xəbərlər yayılmağa başlayıb. İlk belə tvit fevralın 8-i səhər özünü media orqanı kimi təqdim edən “Televizion Starı” hesabında yerləşdirildi. Amma nə orada, nə də digər tvitlərdə məlumatın mənbəyi göstərilmirdi.
Nə Messinin sosial media hesabında, nə də xeyriyyə fondu olan “Leo Messi Foundation”un sayında onun ianə etdiyi haqda heç bir məlumat yoxdur.
Qeyd edək ki, fondun əsas fəaliyyət istiqaməti ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək etmək, uşaqlıqda yayılmış xəstəliklərlə mübarizəyə yönəlmiş tədqiqatları maliyyələşdirmək, uşaqların təhsilə əlçatanlığını və idman vasitəsilə sosial inteqrasiyasını təmin etməkdir. Fond təbii fəlakətlərin və ya texnogen fəlakətlərin qurbanlarına yardım göstərmir.
Eyni zamanda, Messi qurbanlara dəstək ifadələri işlədib və səfiri olduğu BMT-nin Uşaq Fondunun internet səhifəsi vasitəsilə onlara ianə göndərilməsini istəyib.
Nəticə: Messi Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 3,5 milyon avro göndərməyib – bu məlumatın etibarlı mənbəsi yoxdur.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı