Erməni əsgərini sərhəddə kim güllələdi?

21:50 - 14 Fevral 2023 - GÜNDƏM

 Erməni əsgərini sərhəddə kim güllələdi?

Bu gün saat 18:05 radələrində Ermənistanın Böyük Qaraqoyunlu kəndi istiqamətində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri güllə yarası alıb.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Xəstəxanaya yerləşdirilən əsgərin vəziyyətinin orta-ağır olduğu, həyatının təhlükə altında olmadığı bildirilib.

Hadisənin araşdırıldığı bildirilsə də, əsgərin “düşmənin açdığı atəş nəticəsində” yaralandığı barədə “ilkin ehtimal” da irəli sürülüb.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Qeyd edək ki, sərhəddə atəşkəsin pozulduğu barədə heç bir açıqlama yoxdur. Üstəlik, erməni əsgərin sərhəd postunda deyil, “Böyük Qaraqoyunlu kəndi istiqamətində” yaralandığı bildirilir.

Xatırladaq ki, Böyük Qaraqoyunlu kəndi bir müddət əvvəl 15 erməni əsgərin yanıb öldüyü Ağkilsə kəndinin yaxınlığındadır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol