Azərbaycanın ən böyük supermarket şəbəkələrindən biri olan "Araz" Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün fırıldağa əl atıb. Belə ki, aylıq dövriyyəsi yüz milyonlarla manat olan market rəhbərliyi qardaş ölkəyə ayırdığı yardımı müştərilərin hesabına kompensasiya etməyə qərar verib.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, "Araz" marketlər şəbəkəsi Türkiyəyə yardım göstərdikdən sonra müştərilərə verilən bonusları ləğv edib.
Saytımızın iki əməkdaşı iki fərqli ünvanda bunun şahidi olublar.
Belə ki, əməkdaşlarımızdan biri 20-ci sahədə yerləşən "Araz Market"də təsadüfən kartına nə qədər bonus gəldiyi ilə maraqlanıb. Məbləğin az olduğuna təəccüblənən əməkdaşımız bunun səbəbini soruşduqda satıcı ona "10 manatdan az alış-veriş etdikdə daha bonus verilmir", deyib.
Digər əməkdaşımız isə eyni halla Tiflis prospektində yerləşən "Araz" marketdə qarşılaşıb. Belə ki, o, alış-veriş etdikdən sonra bonus kartını satıcıya uzatdıqda satıcı "xanım, onsuz da 10 manatdan az alver etmisiz, bonus verilməyəcək" deyib. Əməkdaşımız bunun səbəbi ilə maraqlandıqda marketin kassada oturan əməkdaşı belə cavab verib: "Türkiyəyə yardım etdikdən sonra şirkətin rəhbərliyi belə qərar verir. 10 manat məbləğində alış-verişə bonus düşmür".
"Araz"dan sözügedən şikayətlərlə əlaqədar araşdırma aparılacağı bildirilib.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı