Türkiyə PKK-nın nəzarət etdiyi ərazilərlə sərhədi açıb?

17:16 - 13 Fevral 2023 - GÜNDƏM

 Türkiyə PKK-nın nəzarət etdiyi ərazilərlə sərhədi açıb?

Suriyada PKK/YPG-nin nəzarətində olduğu ərazilərlə sərhədin açılmasından söhbət gedə bilməz.

BUTA.TV xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Müxalifət bizim əleyhimizə ola bilər, tənqid də təbiidir. Amma ictimaiyyəti təhrik etmək üçün yalan məlumat yaymaq xoş deyil. Bildiyiniz kimi, Türkiyədə baş verən zəlzələ Suriyaya da təsir etdi. Beynəlxalq ictimaiyyətə təşəkkür edirəm. Bu yardımların bir hissəsi birbaşa aviareyslə çatdırılır. BMT-nin humanitar yardımı isə illərdir sərhəd-keçid məntəqəsindən aparılır.

PKK/YPG-nin nəzarətində olduğu ərazilərlə sərhədin açılmasından söhbət gedə bilməz. Yalan məlumat yaymaq düzgün deyil. Humanitar yardım birtərəflidir”, - XİN başçısı bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol