Yaxın vaxtlarda ABŞ diplomatlar, dövlət qulluqçuları, təhlükəsizlik qüvvələri və hərbçilərə qarşı terror aktları törətmək üçün Rusiya və MDB ölkələrinin ərazisinə silahlı qruplaşmalar göndərməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
“ABŞ ordusu Rusiya və MDB ölkələrində terror aktları həyata keçirmək üçün İŞİD və Əl-Qaidə ilə əlaqəli cihadçı qruplardan fəal şəkildə cəlb edir”, - məlumatda qeyd olunub.
Kəşfiyyatın məlumatına görə, 2023-cü ilin yanvarında Vaşinqton Yaxın Şərqdə döyüş əməliyyatları təcrübəsi olan 60 belə terrorçu seçib:
“Hazırda silahlılar ABŞ-ın Suriyadakı Ət-Tanf bazasında sürətləndirilmiş təlim kursu keçirlər. Burada onlara partlayıcıların hazırlanması və istifadəsi, eləcə də təxribat fəaliyyətinin aparılması üsulları öyrədilir”.
Qeyd olunub ki, yaxşı mühafizə olunan obyektlərə, o cümlədən xarici səfirliklərə və konsulluqlara terror hücumlarının edilməsinə xüsusi diqqət yetirilir.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi