Talıbovun İrana “hədiyyə” etdiyi ərazi qaytarılmalıdır

12:38 - 13 Fevral 2023 - GÜNDƏM

 Talıbovun İrana “hədiyyə” etdiyi ərazi qaytarılmalıdır

Naxçıvan MR-nın Şərur rayonunun Ərəbyengicə kəndi ərazisində Araz çayının yeri dəyişdirilərək Talıbovun İrana "hədiyyə" etdiyi iddia edilən 30 hektar torpağın “Google Earth” görüntüləri açıq şəkildə göstərir ki, 2019-cu ilədək Azərbaycanın ərazisi olan və şərurlular tərəfindən istifadə edilən otlaq sahələri İrana keçib.

BUTA.TV xəbər verir ki, bu barədə media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli paylaşım edib.

O qeyd edib ki, İran tərəfi Arazın əsas axınının yatağının üzərini doldurub:

“Həmin əraziyə körpü (torpaq yol) salıb və Azərbaycan tərəfin otlaqlarını qazaraq yeni axıntıya yer yaradıb.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Bu konstitusion cinayətdir və dərhal Baş Prokurorluq tərəfindən nəzarətə götürülməlidir. Peyk görüntülərini, xüsusi ilə 2019-dan sonrakı dövrləri incələyib, insan müdaxiləsini aydın sübut etməli və çay 2019-cu ildəki yatağına qaytarılmalıdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol