“Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi Ukrayna üçün uyğun deyil. Mənə elə gəlir ki, "Dəmir Qübbə"in təchizatı məsələsi artıq gündəmdən çıxarılıb. O, Ukraynanın bu gün üzləşdiyi problemləri həll edə bilməyəcək.
BUTA.TV xəbər verir ki, bunu İsrailin Ukraynadakı səfiri Mixail Brodski deyib.
Səfir bildirib ki, “Dəmir Qübbə” İsrailin Həmas və Hizbullah tərəfindən Livanın cənubunda ölkəyə qarşı istifadə etdiyi qısa mənzilli raketlərdən özünü müdafiə etməkdə kifayət qədər effektivdir:
"Təəssüf ki, bu, ballistik raketlər problemini həll etməyəcək, uzaq mənzilli raketlər problemini həll etməyəcək.
Yaxın günlərdə İsrail xarici işlər nazirinin Kiyevə səfəri gözlənilir. Bu, İsrail nazirinin müharibə zamanı ilk səfəri olacaq".
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi