Azərbaycan vətəndaşları 2022-ci ildə Ermənistanda iki ədəd daşınmaz əmlak alıb.
BUTA.TV erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Kadastr Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, Azərbaycan vətəndaşları İrəvandakı çoxmənzilli binalardan bir mənzil və Loru (Lori) rayonunda bir fərdi yaşayış evi alıblar.
Türkiyə vətəndaşları isə 2022-ci ildə İrəvanda çoxmənzilli binalardan 11 mənzil alıblar.
Türkiyə və Azərbaycan vətəndaşlarının milliyyəti açıqlanmayıb.
Qeyd edək ki, bundan öncə 2010-2021-ci illərdə Türkiyə vətəndaşlarının Ermənistanda 71, Azərbaycan vətəndaşlarının isə 6 daşınmaz əmlak aldığı bildirilmişdi.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi