İran vətəndaşı Biləsuvarda qəzada öldü

22:06 - 9 Fevral 2023 - GÜNDƏM

 İran vətəndaşı Biləsuvarda qəzada öldü

İran vətəndaşı Biləsuvar rayonunun Səmədabad kəndində yol qəzasına düşərək ölüb.

Daxili İşlər Nazirliyindən BUTA.TV-a bildirilib ki, fevralın 9-da saat 10:30 radələrində İran İslam Respublikasının vətəndaşı Behruz Qolaminin idarə etdiyi "Renault" markalı yük avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması səbəbindən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi Biləsuvar-Bəhrəmtəpə yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində yolun kənarındakı su kollektoruna aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol