Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Türkiyədə baş verən dəhşətli zəlzələnin irimiqyaslı faciəvi nəticələri ilə bağlı çağırış edib.
BUTA.TV xəbər verir ki, millət vəkili Qəhrəmanmaraş başda olmaqla, qardaş Türkiyənin on vilayətində baş vermiş böyük təbii fəlakət nəticəsində ev-eşiksiz qalan insanlara təxirəsalınmadan yardım əli uzatmağın indi hər bir türkün, hər bir xeyirxah və vicdanlı insanın mənəvi borcu olduğunu deyib.
“Mən də AFAD (Türkiyə) və Qızıl Aypara (Azərbaycan) platformaları üzərindən özümün bir aylıq maaşımı ianə etdim, amma ürəyimiz bununla toxtaqlıq tapmır. Zəlzələ bölgəsində durum ağırdır və bu soyuq günlərdə hər birimiz özümüzü orada hiss edərək, davranmalıyıq.
Qardaş Türkiyə üçün dualarınızı əskik etməyin!
Tanrı bütün xeyirxahları qorusun!
#birmillətikidövlət #SəninləyikTürkiyə”, - millət vəkili qeyd edib.
- Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
- Duda Bakıdan sonra niyə İrəvana getdi?
- Bu ölkə Ermənistana S-300-lər göndərir - Təcili
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK
- Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…