Fevralın 8-də Hondurasda 5,9 maqnituda gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Mərkəzi Amerika ölkələrində və Meksikanın cənubunda da hiss edilib.
BUTA.TV ABŞ-ın Geoloji xidmətinə istinadən xəbər verir ki, zəlzələnin episentri Honduras körfəzinin sahilində olub.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib. Zəlzələ Türkiyə və Suriyadakı ardıcıl yeraltı təkanlar silsiləsindən iki gün sonra qeydə alınıb.
İlkin məlumatlara görə, zəlzələ Beliz, Salvador, Qvatemala, Honduras, Nikaraqua və Meksikada hiss edilib.
“El Heraldo de Honduras” qəzetinin yazdığına görə, yeraltı təkanlar 10 saniyə davam edib və ölkə əhalisi arasında təşvişə səbəb olub.
- Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
- Duda Bakıdan sonra niyə İrəvana getdi?
- Bu ölkə Ermənistana S-300-lər göndərir - Təcili
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK
- Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…