Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan mediası (Haqqin.az və Trend) diplomatik mənbələrə istinadla Ermənistanın İranla birlikdə Azərbaycana qarşı təxribat hücumu hazırladığı haqda məlumat yayıb.
Məlumatda qeyd edilir ki, SEPAH-ın etnik azərbaycanlılardan ibarət qrupu artıq Sünikə (Qərbi Zəngəzur) yerləşdirilib və Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır.
Əməliyyata SEPAH generalı rəhbərlik edir. Azərbaycan əsgərlərinin formasında olan SEPAH-ın azərbaycanlı qrupu Ermənistanda hücum həyata keçirir, erməniləri öldürməsi imitasiya edilir, azərbaycanca danışırlar və videolar çəkirlər, “buna cavab olaraq” SEPAH-ın əsas qüvvələri laçın və Qubadlı istiqamətində hücuma keçir və s.
BUTA.TV xəbər verir ki, bu məlumat tirajlandıqdan sonra Ermənistanın Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq, informasiyanı təkzib edib.
Müdafiə Nazirliyinin mətbuat katibi və Milli Təhlükəsizlik Xidməti direktorunun müşaviri eyni vaxtda və dərhal mediaya açıqlamalarında məlumatı “reallığa uyğun olmayan yalan” adlandırıblar.
Media Müdafiə Nazirliyinin mətbuat xidmətinin Aram Torosyan olduğunu sonradan qeyd edib, ancaq Milli Təhlükəsizlik Xidməti direktorunun müşavirinin adını gizli saxlayıb – buna baxmayaraq, açıqlamanı ikisinin adından tirajlayıblar.
Nədənsə az öncə Azərbaycan mediasında yayılan bu məlumatı hakim partiya deputatları, politoloqlar, media ilə yanaşı, hətta müxalifətdən olan millət vəkilləri də təkzibə girişib.
“Şərəfim var” fraksiyasının deputatı, hakimiyyətə qarşı kəskin mövqeyi ilə seçilən Tiqran Abramyan da məlumatı qətiyyətlə təkzib edib.
Olduqca maraqlıdır: İran və Ermənistanın Azərbaycanla sərhəddə gizli şəkildə təxribata hazırlaşdığı haqda Azərbaycan mediası məlumat yayırsa, bunu Ermənistan müxalifətinin təkzib etməsi hansı məntiqə sığır? Əgər bu gizli hazırlıqdırsa, yalnız hakimiyyətin bəlli strukturları bu barədə məlumatlıdır və onlar da məsələni əlbəttə ki, ört-basdır edəcəklər, təkzib də yayacaqlar. Bəs, radikal müxalifət hansı dəlil-sübutla bu informasiyanı dərhal təkzib etməyə qalxır?
Ən maraqlısı isə odur ki, bu təkziblər ardıcıl gəlir – sanki revanşizmi körükləyən “Şərəfim var” fraksiyası informasiyanın sızmasından hakumətdən daha çox narahatdır.
- Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
- Duda Bakıdan sonra niyə İrəvana getdi?
- Bu ölkə Ermənistana S-300-lər göndərir - Təcili
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK
- Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…