Sisi 9 ildən sonra ilk dəfə Əsədə zəng etdi

01:08 - 8 Fevral 2023 - DÜNYA

 Sisi 9 ildən sonra ilk dəfə Əsədə zəng etdi

Misir Prezidenti Əbdülfəttah Sisi 2014-cü ildən bəri ilk dəfə olaraq Suriya lideri Bəşər Əsədə zəng edib.

BUTA.TV xəbər verir ki, bu barədə Misir Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sisi zəlzələ nəticəsində həlak olanlara görə Əsədə və Suriya xalqına başsağlığı verib və qardaş xalqın ağrısını bölüşdüyünü bildirib.

Qeyd edək ki, Türkiyənin Qəhrəmanmaraş bölgəsində baş verən dəhşətli zəlzələ Suriyada da tələfat və dağıntılara səbəb olub. Suriyada 1600-dən çox insan həlak olub.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol