Aksiya ərazisindən 65 avtomobil keçdi

20:20 - 7 Fevral 2023 - GÜNDƏM

 Aksiya ərazisindən 65 avtomobil keçdi

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

BUTA.TV xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 zirehli və 2 minik avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 65-ə çatıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol