Türkiyədə zəlzələ baş verən ərazi - Xəritə

11:08 - 6 Fevral 2023 - GÜNDƏM

 Türkiyədə zəlzələ baş verən ərazi - Xəritə

Xəbər verdiyimiz kimi, Türkiyədə 7.4 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, “Röyters” agentliyi zəlzələnin baş verdiyi ərazilərin ilkin xəritəsini yayıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi isə yeraltı təkanların baş verdiyi ərazilərin siyahısını paylaşıb.

Məlumata görə, ən güclü zəlzələ Qəhrəmanmaraşın Pazarcık rayonunda 7.4 bal gücündə baş verib.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Qaziantepin Nurdağı rayonunda 6.6, İslahiyə rayonunda 6.5, Adayamanın Gölbaşı rayonunda 5.3, Çelikxan rayonunda 5.1, Malatyanın Doğanşəhir rayonunda 5.6, Pütürgə rayonunda 4 bal gücündə zəlzələ qeydə alınıb.

Qeyd edək ki, baş verən zəlzələ nəticəsində ilkin məlumatlara görə, 76 nəfər həlak olub, 440 nəfər yaralanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol